Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türk dünyasına ağır itki

© AP Photo / Emrah GurelTürkiyədə təcili yardım
Türkiyədə təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq ozanı Ahmet Şatıroğlu 84 yaşında dünyasını dəyişib

BAKI, 12 yanvar — Sputnik. Məşhur türk ozanı Aşıq Veysəlin böyük oğlu, xalq ozanı Ahmet Şatıroğlu 84 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan "Posta"ya istinadən xəbər verir ki, Sivas vilayətinin Şarkışla rayonunda yaşayan Şatıroğlu uzun müddət idi ki, şəkər, yüksək təzyiq, prostat, xolestrol və alzaymer xəstəliklərindən əziyyət çəkirdi.

"13 aydır ki, ancaq sıyıqla qidalanırdı. Dünən saat 17:30-da vəziyyəti ağırlaşdı, 18:30-da da Haqqa qovuşdu" — xalq ozanının həyat yoldaşı Türkan Ertemur deyib.

Aşığın ölüm xəbərini eşidən bələdiyyə sədri Akif Pektaş onun evinə gələrək ailəsinə başsağlığı verib. Mərhumun şənbə günü dəfn ediləcəyi bildirilib.

© Photo : POSTAAşıq Veysəlin böyük oğlu, xalq ozanı Ahmet Şatıroğlu
Aşıq Veysəlin böyük oğlu, xalq ozanı Ahmet Şatıroğlu - Sputnik Azərbaycan
Aşıq Veysəlin böyük oğlu, xalq ozanı Ahmet Şatıroğlu

Xəbər lenti
0