Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxt sakinlərinə həyəcan yaşadan şəxs dünyasını dəyişdi

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
O, Qarabağ müharibəsi iştirakçısı, birinci qrup əlil olub

BAKI, 12 yanvar — Sputnik. Bu gün "Qara Qareyev" metrostansiyasında intihara cəhd edən Cəlilov Cəmil Qulam oğlu kəllə beyin travması və aşağı ətrafların sınığı diaqnozu ilə Sabunçu Rayon 3 saylı Klinik Xəstənaya çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğu üçün o, xəstəxanada dünyasını dəyişib.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Onu da bildiriblər ki, dünyasını dəyişən şəxs Qarabağ müharibəsi iştirakçısı, birinci qrup əlil olub.

Xəbər lenti
0