Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balıq tutmağa getmişdi, faciənin qurbanı oldu

© Sputnik / Anar MustafayevЭлектрический столб
Электрический столб - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 10 yanvar — Sputnik. Salyan rayonunda balıqçını elektrik cərəyanı vuraraq öldürüb. 

"Report" xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisindən keçən kollektorun üzərində qeydə alınıb.

Həvəskar balıqçı, Lənkəranın Boladi kənd sakini, 1980-ci il təvəllüdlü Azər Məlikəjdər oğlu Əkbərov kollektorda balıq ovlayarkən tilovun qarmağı həmin ərazidən keçən elektrik naqilinə toxunub. Bu səbəbdən onu elektrik cərəyanı vuraraq öldürüb.

A.Əjdərovun meyiti doğulduğu rayona aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0