Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobus sürücüsü daha bir faciə törətdi

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку
Старые автобусы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb

BAKI, 9 yanvar — Sputnik. Yanvarın 8-i saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi "Daewoo" markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda avtobus qəzası törədib qaçan sürücü həbs olundu

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, yanvarın 6-da Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Xəbər lenti
0