14:45 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
91722

Kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub

BAKI, 7 yanvar — Sputnik. Yeni il öncəsi Moskvada hüquq-mühafizə orqanları qanuni oğrular Nadir Səlifovla (Lotu Quli) Əziz Batukayevin qruplaşmaları arasında qanlı toqquşmanın qarşısını alıblar.

Bu barədə Sputnik Azərbaycan "Primecrime"-a istinadən məlumat verir.

Məlumata əsasən, kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub. Belə ki, Əziz Lotu Quliyə məxsus bazarları ələ keçirmək istəyib. Lotu Quli 700-dək döyüşçü toplayıb və bundan sonra Əzizdən görüşmək və söhbəti dar çərçivədə həll etmək təklifini alıb. 

Lakin təyin edilmiş görüşün baş tutmasına polislər mane olublar.

Primecrime bildirir ki, Quli və Əziz arasında bu məsələ ilə əlaqədar baş tutmuş telefon danışığında tərəflərin nümayiş etdirdikləri danışıq tonu baş tutmamış görüşün heç də sakit keçməyəcəyini göstərirmiş.

Əlaqədar

Kriminal aləm və xüsusi xidmətlərin diqqəti orada: "Lotu Quli"nin taleyi həll olunur
"Lotu Quli" beynəlxalq axtarışa verildi
"Lotu Quli" klanı Rusiya bazarlarına nəzarəti itirir
"Lotu Quli"yə qarşı sui-qəsd: Lənkəranskinin qardaşı tutuldu

Əsas mövzular