13:34 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ
Qısa URL
44220

Sözügedən kənddə son bir ay ərzində heyvanlar 3 dəfə yırtıcıların hücumuna məruz qalıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar— Sputnik. Qax rayonunun Əmbərçay kəndində xoşagəlməz hadisə baş verib. 

Kənd sakini Asəf Cumayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə dediyinə görə, hadisə gündüz saatlarında baş verib: “Heyvanları otarmaq üçün dağa apardım, canavarlar hücum etdi. Özüm və digər iribuynuzlu heyvanlar xilas olsa da, buzov yırtıcılar təfərindən parçalandı”. 

Kənd sakinlərinin sözlərinə görə analoji hadisələr tez-tez baş verir. 

Sözügedən kənddə son bir ay ərzində heyvanlar 3 dəfə yırtıcıların hücumuna məruz qalıb.

Əsas mövzular