00:57 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
SHACMAN qəza

Ağsuda ağır qəza oldu, 3 nəfər yaralandı

CC0 / macdeedle / crush
HADİSƏ
Qısa URL
63 0 0

Ağsuda yük avtomobili motosikletin üzərinə aşıb, 3 nəfər xəsarət alıb

BAKI, 7 yanvar — Sputnik. Ağsu rayonunda betonqarışdıran yük avtomobili motosikletin üzərinə aşıb, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Ağsu şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Baxışov Coşqun Qənbər oğlu idarə etdiyi "90-CF-748" dövlət nömrə nişanlı betonqarışdıran avtomobil ilə Ağsu şəhərində yeni bayraq meydanının inşası üçün əraziyə beton apararkən döngədə idarəetməni itirib və avtomobili yoldakı motosikletin üzərinə aşırıb. Hadisə zamanı motosikletin sürücü, 1986-cı il təvəllüdlü Musayev Samir Ağayar oğlu, sərnişinlər — Yenilik kənd sakinləri, 1995-ci il təvəllüdlü Pənahov Roman Sərkar oğlu və 1993-cü il təvəllüdlü Bəbirli Həbib Əşrəf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Əsas mövzular