Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şamaxıda sürücü ağlasığmaz qəzanın qurbanı oldu

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxıda yolun ortasında olan boru sürücünün qasığından girərək belindən çıxıb

BAKI, 4 yanvar — Sputnik. Şamaxıda yolda baş verən bədbəxt hadisə nəticəsində sürücü ağır yaralanıb.

"Report" xəbər verir ki, 1985-ci il təvəllüdlü Nağaraxana kənd sakini Rəşayiq Pərviz oğlu Məmmədov avtomobil idarə edər zaman yolun ortasında olan dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib.

O, ağır vəziyyətdə “təcili yardım” maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Ədalət Həmidov "Report"a bildirib ki, xəstə ağır vəziyyətdə şöbəyə daxil olub və ilkin müayinələr zamanı müəyyən edilib ki, dəmir boru xəstənin xayalıq hissəsindən daxil olaraq sağ bel nahiyəsindən çıxıb.

Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakının Tibb Univeristetinin Tədris Cərrahiyə Klinikasına göndərilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Xəbər lenti
0