Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı jurnalist faciəvi şəkildə dünyasını dəyişdi

© Photo : Facebook / Seyideli SelimliSeyidəli Səlimi
Seyidəli Səlimi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib

BAKI, 28 dekabr — Sputnik. Türkiyənin Kocaeli rayonunda azərbaycanlı gənc faciəvi şəkildə ölüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Tavşanlı məhəlləsində baş verib.

Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Jurnalist oğlunun gözü qarşısında öldürüldü

Məlumata görə, həmyerlimiz Seyid Əli Səlimov fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib. 27 yaşlı gənc qazanın içində olarkən digər bir işçi aparatı işə salıb.

Səlimov həmin cihazın içində qalıb və digər işçilər onu çıxarmağa çalışıblar. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Müdaxilələrə baxmayaraq Seyid Əli hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin məzunu olan Seyid Əli QTV onlayn kanalının və ARB Şəki-nin əməkdaşı olub.

Xəbər lenti
0