BAKI, 28 dekabr — Sputnik. İslandiyanın cənubunda Çindən olan turistləri daşıyan avtobus aşıb.
Sputnik Azərbaycan bildirir ki, APA-nın verdiyi xəbərə görə, yol qəzası paytaxt Reykyavikdən 250 km cənubda baş verib
Hadisə nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda təxminən 40 Çin vətəndaşı olub. Xəsarət alanlardan 10-u paytaxt xəstəxanasına çatdırılıb.
İnsidentin səbəbləri müəyyənləşdirilir.