BAKI, 26 dekabr — Sputnik. İranın cənubunda 3,7 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Geraş şəhərindən 31 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.