15:26 19 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9005
Qəbələ şəhəri

Şimal-qərb bölgəsində qeyri-adi hadisə: camaat gözlərinə inanmayıb - VİDEO

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
444130

Onlar həyətdə bir qədər vurnuxduqdan sonra gəldikləri kimi geri qayıdıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Qəbələdə qeyri-adi hadisə baş verib. Gecə saatlarında işdən evə qayıdan rayon sakini Taleh İbrahimov gözlənilməz mənzərə ilə qarşılaşıb. O, üzləşdiyi mənzərəni video-lentə alaraq Sputnik Azərbaycan-a göndərib.

İbrahimov bir neçə gün bundan qabaq Qəbələ şəhərinin Həzi Aslanov küçəsi ilə, "Çöl yol" adlanan ərazidə avtomobillə hərəkətdə olarkən, maşının qarşısına 2 baş ayı balası çıxıb. Hadisə gecə saat 02:00 radələrində baş verib.

Gözlərinə inanmayan sürücü avtomobili onların üzərinə sürüb. Qarşıdan gələn maşının işıqlarından çaşqın vəziyyətə düşən heyvanlar qəfil qonşu küçəyə keçərək həyətlərdən birinə girib.

Gördüyündən şoka düşən həyət sahibinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışdığına görə, ayı balaları həyətdə bir qədər vurnuxduqdan sonra gəldikləri kimi geri qayıdıb. Oradan da yaxınlıqdakı Dəmiraparan çayı istiqamətində hərəkət edərək çay yatağından üzü dağa tərəf qalxıb.

Əlaqədar

On dörd yaşlı qeyri-adi istedad sahibi
"Qanlı göl" yaxınlığında qeyri-adi hadisə
Türkiyədə vəhşi atlar şəhərə basqın edib - VİDEO
Vəhşi quşa görə 500 manat cərimə
Vəhşi heyvanlar bizə niyə qənim kəsilib?
Kafedə vəhşi quşlar saxlayan şəxs cərimələndi
Teqlər:
ayı balaları, qeyri-adi hadisə, həyət, ayı, Sputnik Azərbaycan, Qəbələ, maşın, heyvan, küçə, sürücü, avtomobil

Əsas mövzular