10:01 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Xəstəxana palatasında yatan qadın, arxiv şəkli

Bakıda vəhşicəsinə döyülən qadın doğum tarixini belə xatırlamır

CC0 / Parentingupstream / Doctor
HADİSƏ
Qısa URL
155 0 0

Polis qadının psixiatrik müalicə müəssisələrindən birində qeydiyyatda olduğunu dəqiqləşdirib

BAKI, 25 dekabr — Sputnik. Ötən gün Bakıda gənc qadın naməlum şəraitdə vəhşicəsinə döyülüb. Cinayət Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin ərazisindəki kafelərdən birində, axşam saatlarında baş verib. Qadının qabırğaları qırılıb.

Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda qadının vəziyyəti stabildir. 

İlkin məlumatlara görə, 1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı kafenin müştərilərindən biri tərəfindən döyülüb. Təcili Tibbi Yardım briqadası qəddarcasına hücumun qurbanını xəstəxanaya aparıb. Ancaq istintaq zamanı bu məlumat yalnız qismən təsdiqlənib.

Zərərçəkmiş kim tərəfindən və niyə döyüldüyünü bilmir. O, hətta özünün doğum tarixini də xatırlamır. Əməliyyatçılar yalnız onu dəqiqləşdirə biliblər ki, qadın psixiatrik müalicə müəssisələrindən birində qeydiyyatdadır. Hazırda qadınla bağlı məsələlər dəqiqləşdirilir.

Hüquq-mühafizə orqanları qeyd edirlər ki, xəstənin nitqi rabitəsizdir və davranışları qeyri-adekvatdır.

Əlaqədar

Hakimi belə döydülər
Kanalda boğulan şəxsin qohumları tibb işçisini döydülər
Nazirlik əməkdaşlarını ölümcül döydülər
Adamı oğurladılar, pulunu aldılar, döydülər, soyundurdular və ...
Bakıda piyada zolağından keçənləri döydülər

Əsas mövzular