06:53 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
473 0 0

"Bundan sonra 53 il də yaşasam, borcalarımı ödəyə bilmərəm"

BAKI, 21 dekabr — Sputnik. Dünən Bakıda 54 yaşlı kişinin intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Belə ki, 1963-cü il təvəllüdlü Məmmədov Mehman Əsədulla oğlu Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər bağ massivində kirayə yaşadığı evdə özünü asıb. Əslən Ucar rayonunun Qulabənd kəndindən olan M.Məmmədov işləmirmiş. O, həyat yoldaşı və iki övladı ilə birgə həmin evdə yaşayırmış. Bildirilir ki, M.Məmmədovun borcu olub.

Sputnik Azərbaycan-a daxil olan məlumata görə, M.Məmmədov əvvəllər ev altı-satqısı (makler) ilə məşğul imiş. Sonradan külli miqdarda borca düşən Məmmədov borclarını verə bilmək üçün evini də satıb və kirayə evə köçüb.

O, kiçik oğlunu məktəbə yola saldıqdan sonra intihar edib. Çörəkbişirmə sexində işləyən həyat yoldaşı gecə növbəsindən evə qayıdarkən ərinin asılmış meyiti ilə qarşılaşıb. Kəndiri açıb cəsədi yerə düşürdükdən sonra hadisə barədə qohumlara məlumat verib. 

Hadisə vaxtı evdə tək olan 54 yaşlı Mehman Məmmədov intihar etməzdən öncə məktub yazaraq borca görə bu addımı atdığını bildirib. "…Bundan sonra 53 il də yaşasam, borcalarımı ödəyə bilmərəm…" yazan Məmmədov içi metal olan kapron iplə özünü yataq otağının qapısının çərçivəsindən asıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Mərhumun 4 övladı — 2 oğlu, 2 qızı olub, qızları ailəlidir.

Əlaqədar

Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı
Hacı Məmmədovun intihardan öncəki məktubu üzə çıxdı: "Üzr istəyirəm..."
Özü intihar etmişdi, əmlakı müsadirə edildi
Sevgisinə cavab ala bilməyən gənc intihara cəhd etdi
Korrupsiyada ittiham edilən general-polkovnik intihar etdi
Teqlər:
Məmmədov Mehman Əsədulla oğlu, 54 yaş, kişi, intihar, borc, Bakı, ev

Əsas mövzular