Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşeronlu gəncə on iki bıçaq vuruldu

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır

BAKI, 16 dekabr — Sputnik. "Abşeron" gənclər şəhərciyində 26 yaşlı oğlana 12 bıçaq zərbəsi vurulub. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu "Abşeron" gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib və bu zaman oğlana 12 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0