13:05 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Həbs

Azərbaycanda xarici kəşfiyyata işləyən şəxs ifşa olunub

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
372 0 0

Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb

BAKI, 14 dekabr — Sputnik. Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin (DSX) 2017-ci ildə görülən işlərə həsr edilmiş hesabat müşavirəsində qeyd edilib. Bildirilib ki, bu il xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub: "Onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanılıb. Qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib".

"Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb" — DSX-nin hesabatında qeyd olunub.

Hesabata görə, 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Əlaqədar

Prezident kəşfiyyat fəaliyyəti barədə qərar verdi
Ələ keçirilən erməni kəşfiyyatçı danışdı — real görüntü
Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib
Ən qüdrətli kəşfiyyatın yarandığı gün
Teqlər:
xarici xüsusi xidmət orqanları, DSX, kəşfiyyat, Azərbaycan

Əsas mövzular