06:01 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
103 0 0

Dekabrın 14-dən 15-ə keçən gecə saat 2-dən səhər saat 6-dək havada meteorit hadisəsini adi gözlə izləmək mümkün olacaq

BAKI, 14 dekabr — Sputnik. Səmada baş verəcək növbəti "meteorit axını"nı adi gözlə də müşahidə etmək mümkün olacaq. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ətayi Ədalət deyib.

Meteor yağışı
© AFP 2020 / CESAR MANSO

Onun sözlərinə görə, bu il dekabrın 4-dən bu yana meteorit hadisəsi baş verir. Bu hadisələrin dekabrın 17-dək baş verəcəyini deyən Ə.Ədalət qeyd edib ki, dekabrın 13-də bu hadisə yaşanıb və 14-də proses daha da sürətlənəcək.

"Bundan sonra səmada müşahidə edilən meteorit hadisələrinin sayı azalacaq və sonra tamamilə dayanacaq. Dekabrın 14-dən 15-ə keçən gecə saat 2-dən səhər saat 6-dək havada meteorit hadisəsini adi gözlə izləmək mümkün olacaq" — mütəxəssis bildirib.

Onun sözlərinə görə, "Əkizlər" bürcündən çıxan meteor hissəcikləri havada yüksək sürətlə hərəkət etdikdə qızacaq: "Onlar əvvəlcə qırmızı, sonra bönəvşəyi rəngdə görünəcək, daha sonra isə kül hissəciyi kimi havaya səpələnəcəklər. Onların ölçüsü kiçik olduğundan atmosferdə yanaraq yoxa çıxacaqlar".

Əlaqədar

Antarktida Yerə gələn meteoritləri canına çəkir
Argentinada 31 ton ağırlığında meteorit tapılıb
Meteoroloqlardan bədbin proqnoz
Teqlər:
Ətayi Ədalət, meteorit, səma, dekabr, gecə

Əsas mövzular