04:41 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
265902

Qətlə yetirilən şəxsin bir azyaşlı övladı qalıb

BAKI, 12 dekabr — Sputnik. Sabunçuda gəlinini başqa kişi ilə tutan qayınata onu öldürüb. Sputnik Azərbaycan olke.az-a istinadla xəbər verir ki, ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qayınata gəlinini odlu silahla qətlə yetirib.

Seyidmalik Məmmədov və Aysel Məmmədova
© Photo : olke.az
Seyidmalik Məmmədov və Aysel Məmmədova

1958-ci il təvəllüdlü Seyidmalik Məmmədov özünə məxsus qoşalülə ov tüfəngi ilə 1993-cü il təvəllüdlü gəlini Aysel Xanağa qızı Məmmədovanı başından 2 güllə vuraraq qətlə yetirib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər və ilkin müayinələrə başlanılıb. Qətli törədən şəxs isə şübhəli qismində həbs olunub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, S.Məmmədov oktyabr ayında gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib Abasov adlı şəxslə intim əlaqadə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirməyib. Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov ötən gün axşam evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

Qeyd edək ki, qətlə yetirilən şəxsin bir azyaşlı övladı qalıb. 

Əlaqədar

Öz-özünə ərə gedən qadın da xəyanətkar çıxdı
Rauf Mirqədirov: "Vətənə xəyanət etməmişəm və bunu Avropa Məhkəməsində sübut edəcəm"
Mədət Quliyevdən ordudakı xəyanətkar şəbəkə barədə mühüm açıqlama
Məşhur qəzetin rəhbəri həbs olundu - dövlətə xəyanət
HDP-dən Türkiyəyə qarşı böyük xəyanət
Teqlər:
qayınata, Maştağa qəsəbəsi, ov tüfəngi, xəyanət, gəlin, qətl, Sabunçu

Əsas mövzular