Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tək yaşayan 13 yaşlı qızın meyiti tapıldı

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ailə üzvləri ölkədə deyilmiş

BAKI, 12 dekabr — Sputnik. Bakının Sabunçu rayonunda dəm qazı 13 yaşlı qızın ölümünə səbəb olub. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bədbəxt hadisə Maştağa qəsəbəsində baş verib.

Uzun müddət zənglərə cavab verməyən 2004-cü il təvəllüdlü qəsəbə sakini Hüseynova Gülsarə Oqtay qızı huşsuz vəziyyətdə yaxınları tərəfindən hamam otağında aşkarlanıb və bu barədə təcili tibbi yardım xidmətinə məlumat verilib.

Ancaq ilkin baxış zamanı onun dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, 13 yaşlı qız həmin vaxt evdə tək olub. Onun ailə üzvləri isə ölkədə deyilmiş. Hadisəni Sabunçu Rayon Prokurorluğu araşdırır.

Xəbər lenti
0