Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır cinayətin üstü isti izlərlə açıldı

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Şabran RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Şabran rayon sakini Roman Dəmirov bıçaqlanıb. Hadisə dünən axşam 22:00 radələrində baş verib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilib.

Dəmirov qarın boşluğu daxilə nüfuz etmə yarası ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstə dərhal əməliyyat olunub. Hal-hazırda xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyən olunub. Keçirilmiş tədbirlərlə şəhər sakini Vilayət Məmmədov səhər saatlarında tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı Şabran RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər lenti
0