20:44 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
İntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli

Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı

© CC0 / rebcenter-moscow / kill
HADİSƏ
Qısa URL
199 0 0

Azərbaycanda hər 100 min nəfərə 5.3 intihar halı düşür

BAKI, 9 dekabr — Sputnik. Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş uşaq intiharlarının ilkin səbəblərini açıqlayıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Nazirliyin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, bütün dünyada uşaq intiharları artıb.

F.İsmayılov bildirib ki, Azərbaycanda intihar etmiş uşaqların sayı elə də yüksək deyil: “Ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı. Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir. Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür, uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.

Onun sözlərinə görə, 3 il öncə uşaqlı-böyüklü Psixi Sağlamlıq Mərkəzinə ildə 2000 nəfər müraciət edirdisə, indi ildə Mərkəzə 4000-5000 nəfər müraciət edir: “Psixi Sağlamlıq Mərkəzinə edilən müraciətlərin sayında artım var. Lakin bu, heç də vəziyyətin təhlükəli olması demək deyil. Bu, Mərkəzin xidmətlərinin keyfiyyətinin artdığından xəbər verir ki, insanlar bizə inanıb müraciət edirlər”.

Direktor qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə 5.3 intihar halı düşür: “Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9.7, Ermənistanda 8.6, Rusiyada 32 intihar halı düşür. Avropada ən aşağı rəqəmlər Azərbaycandadır”.

Əlaqədar

Saakaşvili intihar etmək istəyir - VİDEO
Hacı Məmmədovun intihardan öncəki məktubu üzə çıxdı: "Üzr istəyirəm..."
Prokurorluq təsdiqlədi: Hacı Məmmədov intihar edib
Özü intihar etmişdi, əmlakı müsadirə edildi
Sevgisinə cavab ala bilməyən gənc intihara cəhd etdi
Teqlər:
Psixi Sağlamlıq Mərkəzi, səbəb, Fuad İsmayılov, intihar, Səhiyyə Nazirliyi

Əsas mövzular