22:46 13 Dekabr 2017
Canlı yayım
İnək

Azərbaycanda inək üç nəfərin faciəli şəkildə ölümünə səbəb oldu

© Sputnik / Sait Tsarnayev
HADİSƏ
Qısa URL
303 0 0

DİN Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

BAKI, 8 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, dekabrın 7-si saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub.

Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus "KamAZ" markalı avtomobilə vurub. Nəticədə A.Novruzov və sərnişinlərindən — Bakı şəhər sakini Xanlar Məmmədov və Quba rayon sakini Rəşid Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Əlaqədar

Bakıda yüksək sürət ağır qəzaya səbəb oldu
Sumqayıtda baş verən dəhşətli qəzada üç nəfər öldü
Zabratda dəhşətli qəza olub
Dəhşətli qəzada 50 nəfər xəsarət aldı
Bakıda dəhşətli qəza baş verdi: 5 nəfər öldü
Teqlər:
"KamAZ" markalı avtomobil, "Mercedes" markalı avtomobil, sərnişin, inək, DİN, yol, yol qəzası, Sumqayıt, Daxili İşlər Nazirliyi

Əsas mövzular