20:52 13 Dekabr 2017
Canlı yayım
Sınmış avtomobil şüşəsi, arxiv şəkli

Bakıda yüksək sürət ağır qəzaya səbəb oldu

CC0 / blickpixel / Car crush
HADİSƏ
Qısa URL
7 0 0

Bakıda "Mercedes" yüksək sürətlə gələrək işıqforda dayanan iki maşına çırpılıb

BAKI, 8 dekabr — Sputnik. Bakının Xətai rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Mustafayev Elmar Telman oğlu Babək prospektində idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sürət həddini aşıb.

Həmin vaxt işıqforun qırmızı işığında dayanan avtomobilləri görməyən sürücü idarəetməni itirərək yüksək sürətlə "Toyota Land Cruiser" və "KİA" markalı maşınlara çırpılıb. Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib. Sürücü E.Mustafayev müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisənin baş verdiyi əraziyə cəlb edilib. Araşdırma aparılır.

Əlaqədar

Zabratda dəhşətli qəza olub
Bakıda dəhşətli qəza baş verdi: 5 nəfər öldü
Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza
Rusiyada dəhşətli qəza: Binanın bir bloku çökdü

Əsas mövzular