22:37 13 Dekabr 2017
Canlı yayım
Tovuzda qətl hadisəsi

Salyan faciəsinin təfərrüatı: Kişi arvadını və qızlarını necə öldürdüyünü anlatdı

CC0 / Republica / kill
HADİSƏ
Qısa URL
184121

Adamın etirafları əməliyyat-istintaq qrupunun üzvlərini şoka salıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Salyan rayonunda üç il bundan əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb. Xəbər verdiyimiz kimi, kişi öz arvadını və 4 qızını öldürərək basdırıb. Lakin bu, yalnız dekabrın 6-da üzə çıxıb.

Fərhad Əliyev və Fəqan Əliyev
Fərhad Əliyev və Fəqan Əliyev

Bu barədə Sputnik Azərbaycan-a Salyan Rayon Prokurorluğundan məlumat verilib. 1954-cü il təvəllüdlü Salyan sakini Fərhad Əliyev hüquq-mühafizə orqanlarına etiraf edib ki, üç il əvvəl 1989-cu il təvəllüdlü oğlu Fəqan Əliyevlə birlikdə həyat yoldaşı Mehparə Əliyevanı və qızları — Rəqibə, Sevda, Ümidə və İradə Əliyevaları öldürüb.

Qadın və qızları 2014-cü ilin martında xəbərsiz-ətərsiz yoxa çıxıblar və onlar barəsində axtarış elan edilib. Qonşular və qohumlar elə güman ediblər ki, Mehparə Əliyeva içki düşkünü olan ərindən yaxasını qurtarmaq üçün qızlarını da götürərək Türkiyəyə qaçıb.

Təqribən üç il yarım keçəndən sonra kişi polisə gedərək arvadını və qızlarını öldürdüyünü etiraf edib. Faktla bağlı ata və oğul saxlanılıb. Salyan prokurorluğu saxlanılan şəxslərlə bağlı cinayət işi açıb.

Fərhad Əliyevin qızları
Fərhad Əliyevin qızları

Bu gün Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, ata-oğul öldürülən şəxslərin cəsədlərini öz torpaq sahələrində basdırıb. Qətlə yetirilən şəxslərin qalıqları dəfn edildikləri yerdən çıxarılaraq məhkəmə-tibbi ekspertiza üçün morqa göndərilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və daha çox adamı qəsdən öldürmə) ilə cinayət işi açılıb.

Bununla yanaşı, dəhşətli qətlin əməliyyat-istintaq qrupunun üzvlərini belə şoka salan təfərrüatları məlum olub. Fərhad Əliyev ilkin ifadəsində deyib ki, onunla arvadı arasında münaqişə baş verib. Qızları analarının müdafiəsinə qalxıblar.

F.Əliyev əvvəlcə onların hamısını küt alətlə vurub, sonra beşinin də başını kəsib. Bu işdə atasına oğlu da kömək edib. Sonra onlar cəsədləri adyalın arasına bükərək evin zirzəmisinə aparıblar və çuxur qazaraq basdırıblar.

Qalıqlar dekabrın 6-sı gecə saatlarında həmin yerdən çıxarılıb. Hazırda əməliyyat-istintaq qrupu cəsədlərin hərtərəfli müayinəsi üçün Bakıdan gələcək patoloqoanatomları gözləyir. Məlumata görə, cəsədlər tam çürüməyib, yumşaq toxumalar qorunub saxlanıb, ona görə də qətlin törədilmə üsulunu təyin etmək çətin deyil.

Salyan Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliyevlərin evi Kür çayı sahilindəki sahədə yerləşir. Ona görə də qonşulardan heç biri cinayət törədilən vaxt ailənin qışqırıq səslərini eşitməyib.

Əliyevlərin yaşadığı ev
Əliyevlərin yaşadığı ev

Cinayəti törədəndən sonra ata və oğul yaşamaq üçün Bakıya köçüb. Hazırda faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, qətlə yetrilən Mehparə Əliyeva 1961, qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidə isə 1991-ci il təvəllüdlüdür.

Onu da xatırladaq ki, M.Əliyeva ilə 3 qızının öldürülməsi faktı mərhumun Dürdanə adlı bacısının "Xəzər TV" də yayımlanan "Səni axtarıram" verilişinə müraciətindən sonra üzə çıxıb. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, ana və qızlarının efirdə Türkiyəyə getməsi ehtimalı irəli sürüləndən sonra ata və oğul məsələnin bu formada ictimailəşdirilməsini qeyrətsizlik kimi qəbul edib. Və məhz bundan sonra həyata keçirdikləri bu dəhşətli cinayəti etiraf ediblər. X.Hidayətqızı onu da vurğulayıb ki, M.Əliyevanın bacısı Dürdanə onlara müraciət edəndə F.Əliyevin içki düşkünü olduğunu, arvadı və qızlarına dözülməz işgəncələr verdiyini danışıb. M.Əliyeva evlərdə təmizlik işləri görərək qızlarını saxlayırmış.

Əlaqədar

Qətl törədən məmur övladı ilə bağlı qərar dəyişdirildi
Bakıda təcridxanada dəhşətli qətl
Azərbaycanlı məşhur biznesmen qətl ittihamlarına cavab verdi
Sumqayıtdakı qətlin üstü bir həftə sonra açıldı
Teqlər:
Salyan Rayon Prokurorluğu, Fəqan Əliyev, Fərhad Əliyev, Salyan rayonu, arvad, oğul, kişi, qətl, qız

Əsas mövzular