04:25 15 Dekabr 2017
Canlı yayım
Baş Prokurorluq

Salyandakı tükürpədici iddia təsdiqini tapdı, ata-oğul saxlanıldı

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
136 0 0

Baş Prokurorluq və DİN Salyanda 5 nəfərin qətli ilə bağlı birgə məlumat yayıb

BAKI, 7 dekabr — Sputnik. Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Bu zaman həmin yerdə insan bədəninin hissələrinin basdırıldığı aşkarlanıb.

Lənkəranda oğurluq hadisəsi baş verib
© Sputnik / Rahim Zakiroğlu

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Salyanda 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları — Rəqibə, Sevda, İradə, Ümidənin meyiti tapılıb. Onları M.Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, sonra yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F.Əliyevə oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilib.

Əlaqədar

Tikinti şirkətləri barəsində cinayət işi qaldırılıb
Hərbi cinayət törətmiş əsgərin cəsədi Ermənistan tərəfdə tapıldı
Cinayət Məcəlləsi köklü surətdə dəyişdirilib
İsmayılovun qaranlıq işi: cinayətkar qruplaşma, ailə klanı, qətllər və Fransa sığınacağı
Azərbaycanlı milyarderin cinayət işində yeni məqam
Teqlər:
Fəqan Əliyev, insan bədəni, dörd, Mehparə Əliyeva, Fərhad Əliyev, Salyan rayonu, övlad, prokurorluq, cinayət, polis

Əsas mövzular