00:54 25 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
128 0 0

Krediti ödəyə bilmədiyi üçün intihar edib

BAKI, 6 dekabr — Sputnik. Binəqədi rayonunda 45 yaşlı qadın özünü asaraq intihar edib. Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadla xəbər verir ki, rayonun Binəqədi qəsəbəsində yaşayan, 1972-ci il təvəllüdlü Zeynalova Solmaz Məhərrəm qızı dekabrın 5-də özünü yaşadığı evin həyətindəki tut ağacından asıb.

Onun meyitini asılmış vəziyyətdə qardaşı tapıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Məlumata görə, S.Zeynalovanın banklardan birinə külli miqdarda kredit borcu olub. Krediti ödəyə bilmədiyi üçün özünə qəsd edib.

Əlaqədar

Kreditlərə zəmanət verən qurum yaradıldı
Azərbaycanda qanunsuz kredit vermiş bank sədri həbs edildi
Kredit yolu gözləyənlərin diqqətinə: Banklar "kəmərləri daha da sıxacaq"
Dövlət qurumundan kredit borcu olanlara şad xəbər
Kredit borcuna görə həbs: imkanı olmayanla, olub ödəməyəni necə ayırd edəcəklər?
Teqlər:
kredit borcu, Binəqədi rayonu, intihar, qadın

Əsas mövzular