23:16 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
23120

Qaxda canavarlar kəndə hücum edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Qax rayonunun Əmbərçay kəndində qorxunc hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, canavar sürüsü kəndin mal-qarasına basqın edib.

Yırtıcılar kənd sakinləri İdris Məmmədov və Cuma Abdurrahmova məxsus 2 baş iribuynuzlu heyvanı parçalayıb. İdris Məmmədovun sözlərinə görə, onun heyvanı gecə örüşdən qayıtmayıb. Elə hadisə də həmin gecə baş verib.

"Heyvanı axtarmaq üçün meşəyə getdim və sümüklərini tapdım" — Məmmədov bildirib.

Digər hadisə isə heyvanların örüşdə otladığı zaman baş verib. Kənd sakinləri tələf olan heyvanları götürərək kənddən uzaq ərazidə torpağa basdırıblar.

Qeyd edək ki, hər iki hadisə eyni gündə baş verib.

Əlaqədar

Şəki sakinləri təlaş içində: Canavarlar kəndlərə hücum edir
Ağdaşda mal-qaraya canavarlar hücum edib
Ağsuda dəhşət: 70 yaşlı kişini canavar parçaladı
"Çatanda gördüm ki, canavar bacımın başını gəmirir..."
"Muravey"ə hücum edən canavarları odunla qovdu
Teqlər:
Əmbərçay kəndi, canavar, Qax rayonu, sakin, heyvan

Əsas mövzular