Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının tanınmış ticarət mərkəzinin rəhbəri özünü asdı

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Quliyevin Bakının Hövsan qəsəbəsi ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir

BAKI, 2 dekabr — Sputnik. Bakıda intihar hadisəsi baş verib.

Suraxanı rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q.Quliyevin Bakının Hövsan qəsəbəsi ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

Xəbər lenti
0