Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Zeynalovun dəstəsi"nə hökm oxundu - 86 illik həbs

CC0 / qimono / hammerсудебный молоток
судебный молоток - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar uzun müddət soyğunçuluqla məşğul olmaqda günahlandırılırlar

BAKI, 23 noyabr — Sputnik. Moskvada azərbaycanlılara 86 il həbs cəzası veriblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən gün Moskva məhkəməsi, "Zeynalovun dəstəsi" kimi təqdim olunun 6 azərbaycanlıya hökm oxuyub. Dəstə üzvləri oğurluqda ittiham edilir.

Пересчитывание денег. Архивное фото - Sputnik Azərbaycan
Spiker həbs olundu - Korrupsiya ittihamı

İttihama görə, Azərbaycan vətəndaşı Hüseyn Hüseynov, Fuad İsgəndərov, Namiq Abbasov, Şamo Salmanov və Qafar Əliyev Seymur Zeynalovun rəhbərliyi altında uzun müddət soyğunçuluqla məşğul olub. Onlar ümumilikdə 50 milyon rubl məbləğində soyğun həyata keçirməkdə günahlandırılırlar.

Dəstə üzvləri "Qarışıq silahlı qrupların (şəbəkələrin) yaradılması və ona qoşulması, "Oğurluq və odlu silah oğurluğu" maddələri ilə təqsirli bilinir.

Hökmə görə, Zeynalov 16 il, Hüseynov 15 il, İsgəndərov, Abasov, Əliyev 14 il, Salmanov isə 13 il həbs cəzasına məhkum edilib.

Xəbər lenti
0