Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əməliyyat bitdi, təhlükəli müstəviyə keçə biləcək hadisənin qarşısı alındı

© Sputnik / Shahperi AbbasovaQax rayonunun Qaşqaçay kəndi
Qax rayonunun Qaşqaçay kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Onların səyi nəticəsində yanğının daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb və yanğın tamamilə söndürülüb

BAKI, 19 noyabr — Sputnik. Ötən gecədən Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın, nəhayət söndürülüb. Fövqəladə Hallar Nazirliyi (FHN) Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (QRDYMH) Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, 2 hektar yaxın əraziyə yayılan yanğının söndürülməsinə, QRDYMH-nin 15 nəfərdən ibarət şəxsi heyəti və Qax Meşə Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları cəlb olunublar.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanın çətin keçilən bölgəsində yanğın başlayıb

Onların səyi nəticəsində yanğının daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb və yanğın tamamilə söndürülüb.

Xatırladaq ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, yanğın ərazidəki quru ot və kol-kosdan başlayıb. Yanğının meşə zolağına keçmə təhlükəsi olmayıb.

Xəbər lenti
0