Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bahrəmtəpə dəhşətli hadisəyə səhnə oldu

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

BAKI, 19 noyabr — Sputnik. Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması səbəbindən yaşanıb.

Qəza nəticədə, İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu nəfər hadisə yerində ölüb, daha 2 nəfər yaralanıb. Yaralılar — İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü Cabbarov Qabil Aydın oğlu isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbər lenti
0