06:09 25 Noyabr 2017
Canlı yayım
Sədərək Ticarət Mərkəzi

"Sədərək"də qan su yerinə axdı

© Sputnik / Fuad Hasanov
HADİSƏ
Qısa URL
519130

Naxçıvanlı biznesmenlər arasında pul münaqişəsi qanla nəticələnib

BAKI, 14 noyabr — Sputnik. Bakının Qaradağ rayonundakı "Sədərək" Ticarət Mərkəzində iki qardaş bıçaqlanmanın qurbanı olub. Qaradağ RPİ 10-cu polis bölməsinini əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və bıçaqlamaya görə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Əldə etdiyimiz məlumata görə, noyabrın 13-ü səhər saatlarında ticarət mərkəzində Naxçıvandan olan qardaşlar — 1985-ci il təvəllüdlü Rzayev Ramal Ədalət oğlu və 1987-ci il təvəllüdlü Rzayev Güloğlan Ədalət oğlu çoxsaylı bıçaq xəsarətləri alıblar.

Qardaşlar xəstəxanaya çatdırılıblar. Onlar hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədirlər və birinin vəziyyəti ağırdır. Məhkəmə-tibbi ekspertlər qardaşların birinin bədənində yeddi, digərində isə beş bıçaq yarası aşkarlayıblar.

Əməliyyatçılar şübhəli şəxsi tapıblar və onu dünən axşam saatlarında Sumqayıtda saxlayıblar. Məlum olub ki, şübhəli şəxs Rzayevlərin yaxın qohumu — 1982-ci il təvəllüdlü Əsgərov Dəryah Bəhmən oğludur. Araşdırma zamanı müəyyən edilib ki, həm saxlanılan şəxsin, həm də bıçaqlananların "Sədərək" TM-də mağazaları var.

Rzayevlər pərdə ticarəti ilə məşğul olurlar. Əsgərov isə çoxçeşidli istehlak mallarının ticarəti ilə məşğuldur.

Məlum olub ki, Əsgərov qardaşlardan 2 min manata yaxın borc alıb, lakin vəd olunduğu müddətdə qaytarmayıb. Təbii olaraq, Rzayevlər Əsgərovdan pulu qaytarmağı tələb ediblər. Elə bununla da qohumlar arasında dava düşüb və qanlı sonluqla bitib.

Hələlik hadisə ilə əlaqədar AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb.

Əlaqədar

Bu dəfə qadın kişiyə balta yox, bıçaq zərbəsi endirdi
Bıçaqlı şəxs bağçada uşaqları girov götürdü
Bakıda nazirliyin əməkdaşını bıçaqladılar
Ər arvadına yeddi bıçaq zərbəsi endirdi
FHN-in əsgəri özünə 4 bıçaq zərbəsi vurub
Teqlər:
Rzayev Ramal Ədalət oğlu, Rzayev Güloğlan Ədalət oğlu, Əsgərov Dəryah Bəhmən oğlu, qohum, qardaş, bıçaq, "Sədərək" ticarət mərkəzi, Qaradağ rayonu, Bakı

Əsas mövzular