Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Daha bir soydaşımızın ölüm xəbəri gəldi

© Sputnik / Anar MustafayevАвтомобиль Porsche Cayenne, фото из архива
Автомобиль Porsche Cayenne, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun bədənində çoxsaylı bıçaq yaraları aşkarlanıb

BAKI, 14 noyabr — Sputnik. Rusiyada azərbaycanlı öldürülüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Naro-Fominsk şəhərində qeydə alınıb.

Bildirilir ki, naməlum şəxs "Porsche" markalı avtomobil ilə, yaralı bir nəfəri xəstəxanaya aparıb. Lakin həkimlər onun artıq öldüyünü müəyyən ediblər.

İlk olaraq həmin şəxsin yol qəzası nəticəsində xəsarət aldığı güman edilsə də, sonradan bədənində çoxsaylı bıçaq yaraları aşkarlanıb. Yaralını xəstəxanaya aparan şəxs isə oradan uzaqlaşıb.

Araşdırmalar zamanı ölən şəxsin, Kalujski vilayətində yaşayan 36 yaşlı X. Nərimanov olduğu müəyyən olunub. Onu xəstəxanaya aparan şəxsin axtarışlarına başlanılıb. İlkin axtarış zamanı yaralının xəstəxanaya çatdırıldığı "Porsche" markalı avtomobil kafelərin birinin qarşısında tapılıb. Lakin onun sürücüsü barədə hələlik heç bir məlumat yoxdur.

Xəbər lenti
0