Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İrandan Azərbaycana gələn yük maşınında qumbara aşkarlandı

© Photo : AR DGK mətbuat xidmətiBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postu
Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postu - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 13 noyabr — Sputnik. Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbua xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı, Azərbaycan Respublikasının vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "Ф-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0