Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Piyadaları vurub qaçmaq istədi, ağaca çırpıldı

CC0 / siala / crushLənkəranda qəza
Lənkəranda qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb

BAKI, 12 noyabr — Sputnik. Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı maşın vurub.

"Report" xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil.

Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0