11:52 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
HADİSƏ
Qısa URL
105 0 0

Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyidləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış ikinci balıqçının da meyidi Dövlət Neft Şirkətinin "Orion-25" gəmisi tərəfindən aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.

Məlumata əsasən, Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyidləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edib.

Əlaqədar

Xəzərdə itkin düşmüş balıqçılardan birinin meyiti tapılıb

Əsas mövzular