Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yol polisi kameranı görüb özünü itirdi və...

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DYP əməkdaşı avtomobilə yaxınlaşaraq sürücüdən sənədlərini istəməkdənsə kameranı görüb fərqli suallar verməyə başlayıb

BAKI, 11 noyabr — Sputnik. Bakıda sürücünü saxlayan DYP əməkdaşı onun çəkiliş etdiyini görüb mehriban danışmağa başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı sürücü Kənan Davudzadə Youtube-də video paylaşıb. DYP əməkdaşı avtomobilə yaxınlaşaraq sürücüdən sənədlərini istəmək yerinə kameranı görüb fərqli suallar verməyə başlayıb. Yol polisi sürücüdən avtomobilin markasını, üzərində olan yazının reklam olub-olmadığını soruşub, daha sonra polis əməkdaşı maşının dizel, yoxsa benzinlə işləməsi ilə maraqlanıb və sürücü ilə sağollaşıb.

Xatırladaq ki, sözügedən sürücü bundan əvvəl də bir neçə dəfə yol polisinin qanun pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti
0