Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qəza nəticəsində turistlər xəsarət alıblar

CC0 / PublicDomainPictures / crushДТП в Азербайджане, фото из архива
ДТП в Азербайджане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıblar

BAKI, 10 noyabr — Sputnik. Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıblar.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Koroğlu Rəhimov küçəsində baş verib.

Belə ki, 90 SZ 133 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Paşayev Nəsimi Mahmud oğlu "Report"un hadisə yerində olan əməkdaşlarına bildirib ki, avtomobili idarə edərkən qəfil arxa təkərlər yaş asfaltın üstündə sürüşüb.

Nəticədə avtomobil yol kənarında dayanan 90 ZS 994 dövlət qeydiyyat nişanlı "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra "Nissan" beton səkiyə dəyib. Nəticədə "Nissan"da olan 2 İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobillərə isə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü N.Paşayevin izahatı alınıb.

Xəbər lenti
0