Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu qəza ölkənin turizm bölgəsinə gedən yolu bağlaya bilər

© Photo : REPORTДТП с летальным исходом
ДТП с летальным исходом - Sputnik Azərbaycan
Abunə olmaq
Qax rayon Əmbərçay kənd sakini 1990-cı il təvəllüdlü Bəhruz Ramil oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

Bakı, 6 noyabr — Sputnik. Qaxda yol qəzası baş verib. Xoşagəlməz hadisə  ötən gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci kilometrliyində, Kürmük çayı üzərindəki körpünün girəcəyində baş verib. Zaqatala rayon sakini, 1978-ci il təvəllüdlü Elsəvər Qara oğlu Həsənov idarə etdiyi "34-BD-419" dövlət qeydiyyat nişanlı "Lada 2110" markalı avtomobillə Qax şəhəri istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Kürmük çayı üzərindəki dəmir körpüyə çırpılıb.

Qəza zamanı sürücü və onun sərnişini, Qax rayon Əmbərçay kənd sakini 1990-cı il təvəllüdlü Bəhruz Ramil oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildiriblər ki, hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Sürücü E.Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır. Sərnişin B.Məmmədovun vəziyyəti isə kafidir.

Baş vermiş hadisə ilə bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0