Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzərdə daha bir faciə baş verdi

© Sputnik / Murad OrujovНефтяная платформа и шельф на Каспийском море
Нефтяная платформа и шельф на Каспийском море - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək

BAKI, 4 noyabr — Sputnik. "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.

SOCAR-ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 4-də səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb. Qazmaçı operativ tədbirlər nəticəsində sudan çıxarılsa da, onun öldüyü məlum olub.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcəkdir.

Xəbər lenti
0