17:38 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
1273453

Sürücü əmrə tabe olmadığı üçün, hüquq-mühafizə orqanlarının əməkdaşları silaha əl atmalı olublar

BAKI, 2 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən, "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanmasına yönəlik keçirilən əməliyyat zamanı, polislə bir qrup silahlı şəxs arasında atışma olub.

Etibar Məmmədov
Etibar Məmmədov

Hadisənin bəzi detalları məlum olub. Hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-a daxil olan məlumata görə, E. Məmmədov "Great wall" markalı, 90 US 291 dövlət nömrə nişanlı avtomobillə Bakıdan Hacıqabul istiqamətinə hərəkət edirmiş. PPX əməkdaşları şübhəli avtomobil kimi, sürücüyə dayanma əmri veriblər. Lakin sürücü əmrə tabe olmadığı üçün hüquq-mühafizə orqanlarının əməkdaşları silaha əl atmalı olublar.

Avtomobildə E. Məmmədov sərnişin qismində olub. Silahlı qarşıdurma zamanı sürücü sükanın arxasında öldürülüb. "Qoca" isə avtomobilin pəncərəsindən çıxıb qaçmaq istəyərkən vurulub. Ağır yaralı olan Məmməmov, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Əlaqədar

Baş prokurorluq təsdiqlədi: "Qoca" öldürülüb
Bakıda film kimi atışma, ölənlər var, "Qoca" ələ keçdi
Fədayə Laçının sevgilisi "Qoca" ilə videosu yayıldı
Teqlər:
Etibar Məmmədov, "Qoca", hüquq mühafizə orqanları, kriminal avtoritet, atışma, polis

Əsas mövzular