Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü külək Azərbaycanın bu bölgəsində fəsadlara yol açdı

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Güclü külək kənd məktəbinin və bir neçə evin dam örtüyünü uçurub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Güclü külək və dayanmadan yağan yağış şimal zonasında fəsadlara yol açıb.

Şimal zonasında dünən gecədən başlayan güclü külək və yağış fəsadlara yol açıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, güclü külək Quba rayonunun bir neçə kəndinə ziyan vurub. Ən çox ziyan görən kənd Xınalıq kəndidir.

Güclü külək kənd məktəbinin və bir neçə evin dam örtüyünü uçurub. Ağaclar qırılıb və kənd təsərrüfatına ciddi ziyan dəyib. Ən ciddi problem isə elektrik enerjisi ilə bağlıdır. Dünəndən indiyədək kənd camaatı işıqsız qalıb,internet kəsilib. Dayanmadan yağan yağış isə çaylarda suların çoxalmasına səbəb olub.

Xəbər lenti
0