Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda tanınmış şəxs həbs oluna bilər

© Sputnik / Anar MustafayevГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanılıb

BAKI, 1 noyabr — Sputnik. Xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, KİV-də yayılan məlumata görə, onun rəhbərlik etdiyi klinika iki milyondan çox vergidən yayınıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bildirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

© Photo : Day.azXalq artisti Leyla Şıxlinskaya
Xalq artisti Leyla Şıxlinskaya - Sputnik Azərbaycan
Xalq artisti Leyla Şıxlinskaya

Cinayət işi aktrisanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər. Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.

Leyla Şıxlinskaya, barəsində cinayət işi açılması məsələsinə aydınlıq gətirib. O, Qafqazinfo-ya açıqlamasında bu mövzuya aiddiyyəti olmadığını qeyd edib.

"Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiniz. Mən ancaq o qurumların açıqlamasına cavab verə bilərəm" — Şıxlinskaya bildirib.

"İndi məhkəmə başlayır. Baxaq, görək, nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacağam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər" — deyə o, əlavə edib.

Xəbər lenti
0