Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə yanğın olub, araşdırma başladı

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Şəki şəhərinin Şərbablar küçəsində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə, rayon sakini Məhərrəm Yusif oğlu Mustafayevə məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin içərisində 6 kv/m-lik sahədə olan ev əşyaları ilə birlikdə yanıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Baş vermiş hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti
0