Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağcabədidə maye qaz doldurma məntəqəsində partlayış olub, ölən var

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub

BAKI, 30 oktyabr — Sputnik. Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub.

APA-nın xəbərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

“18 BG 546” dövlət nömrə nişanlı “ZİL” markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan  maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.

Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində başqa şəxslərin olması ehtimalı araşdırılır.

Xəbər lenti
0