Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda uşaq bağçası yandı

© Photo : REPORTMingəçevir şəhərində 13 saylı uşaq bağçasında yanğın
Mingəçevir şəhərində 13 saylı uşaq bağçasında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Bağçanın kollektivi və uşaqlar təxliyyə edilərək təhlükəsiz əraziyə köçürülüb

BAKI, 27 oktyabr — Sputnik. Mingəçevir şəhərində uşaq bağçasında yanğın olub.

"Report"un məlumatına görə, hadisə 13 saylı Uşaq bağçası — körpələr evində qeydə alınıb. 

Məlumata görə, yanğın bağçanın həyətində olan ağacdan başlayıb və bağçanın inzibati binasına keçib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb edilib. Bağçanın kollektivi və uşaqlar təxliyyə edilərək təhlükəsiz əraziyə köçürülüb.

Xəbər lenti
0