Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda kriminal avtoritet öldü

© Sputnik / Aleksey FilippovКамера в следственном изоляторе, фото из архива
Камера в следственном изоляторе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda məhbus ölüb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.

Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov, 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi "Makarov" tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib. Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0