Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağdaşda mal-qaraya canavarlar hücum edib

© AFP 2023 / MIGUEL MEDINAВолки, фото из архива
Волки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdaşda örüşdən qayıdan mal-qaraya canavarlar hücum edib

BAKI, 23 oktyabr — Sputnik. Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub.

“Report” xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib.

Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.

Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.

Xəbər lenti
0