Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyandakı tükürpədici hadisənin təfərrüatı

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın ürək tutmasından xəstəxanaya yerləşdirilib

BAKI, 19 oktyabr — Sputnik. Dünən axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində, "Ay işığı" mağazasının qarşısında baş verən qəzanın təfərrüatı məlum olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən, onu naməlum, ağ rəngli "VAZ-2107" markalı avtomaşın vurub. Uşaq xəstəxanaya çatar-çatmaz keçinib.

Eşşək arabası, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib

Ölən uşağın yaxın qohumu Teybə Qəniyevanın verdiyi məlumata görə, qəzada ölən Ayxan 1 saylı məktəbin şagirdi olub: "Həmin gün Ayxanın bibisinin nişanlısı Cavid Ayxanı və qardaşını yaxınlıqdakı mağazaya aparıb. Marketin önündə maşın Cavidi vurub, atıb yolun kənarına, Cavid ayağından zədə alıb. Ayxanı isə vurduqdan sonra sürüyüb və sürücü hadisə yerindən qaçıb. Ayxan xəstəxanada dünyasını dəyişib. Bu gün səhərdə uşağın anasını ürək tutmasından xəstəxanaya yerləşdiriblər".

Qeyd edək ki, həmin gün balaca Ayxanın anası Aytəkin Əhmədova tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də Ayxan və qardaşı evdə nənələrinin yanında qalıblar.

Salyan sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, həyatının son anlarını yaşayan balaca Ayxan, dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və bir qədər əvvəl evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb. Hazırda ananın da vəziyyəti ağırdır.

Qeyd edək ki, cinayəti törədib qaçan sürücü hələ tutulmayıb.

Xəbər lenti
0