Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əmisi oğlununun həyatına son qoydu

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki sakini Bakıda qətlə yetirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Xəzər rayonunun Türkan qəsəbəsində, Yeni Yaşayış Massivində bədbəxt hadisə baş verib. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən massivdə yaşayan, Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov, əmisi oğlu, 1988-ci il təvəllüdlü Pərviz Məzahir oğlu İsgəndərovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R. İsgəndərov P. İsgəndərovu bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0